Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qələbə zəfərini tez bir zamanda eşidəcəyik!

0






  •         Məlum olduğu kimi, pandemiya dövründə Azərbaycan dünyada bir sıra ciddi problemlərin həllinə qarşı beynəlxalq həmrəyliyin təmin edilməsi, qlobal fəsadlara qarşı birgə mübarizə aparılması üçün ciddi təşəbbüslərlə  çıxış etmiş, möhkəm siyasi iradə ortaya qoyaraq davamlı Bakı Humanitar Forumlarının keçirilməsinə nail olmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu istiqamətdə davam edən uğurlu siyasəti dünyanın pandemiya qarşısında aciz qaldığı bu günlərdə  də öz müsbət nəticələrini göstərməkdədir. Belə ki, məhz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda möhtərəm Prezidentimizin təşəbbüsü ilə bu qurumun Covid-19-la mübarizədə əməkdaşlıqla bağlı Fövqəladə İclası keçirildi. Bundan az sonra – 2020-ci ilin may ayının 4-də yenə də cənab İlham Əliyevin təşəbbüsü ilə sədri olduğu Qoşulmama Hərəkatının (BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı) Təmas Qrupunun pandemiya ilə mübarizəyə həsr olunmuş onlayn Zirvə görüşü reallaşdı. Zirvə görüşündə çıxış edən möhtərəm Prezidentimiz daha mühüm bir təşəbbüs irəli sürdü. BMT Baş Məclisinin dövlət və hökumət başçıları səviyyəsində o, videokonfrans vasitəsilə BMT-nin Covid-19-la mübarizəyə həsr olunmuş xüsusi  sessiyasının keçirilməsini təklif etdi. Artıq Qoşulmama Hərəkatının aralarında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin də olduğu 130 dövlətlərindən cənab İlham Əliyevin təşəbbüsünə dəstək ifadə olunmuşdur.
            Bütün bu uğurlar gözü götürməyən Ermənistan tərəfi sərhəddə atəşkəs rejimini kobud şəkildə pozaraq bir adla sübut etdi ki, sözügedən münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir.
    Çox təssüfedici fakt isə ondan ibarətdir ki, bəzi beynəlxalq qurumlar sözügedən məsələyə olduqca biganə yanaşmışdır. Belə ki, Ermənistanın atəşkəsi kobud şəkildə pozmasına ATƏT Minsk Qrupu həmsədr ölkələri, Avropa şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qınanmaqdadır.
            Atəşkəs rejiminin pozulması nəticəsində qəhrəmanlıqla həlak olmuş şəhidlərimizin dəfn olunduğu rayonlarla hərbiçilərimizin nəşi yerli əhali tərəfindən hörmət və sevgi ilə qarşılanmışdır. Azərbaycan vətəndaşları bu gün torpaqlarımızın işğaldan azad olunması üçün hərbi əməliyyatlara tam dəstək ifadə edirlər. Belə ki, bu gün ölkəmizdə əsl ordu-xalq vəhdəti nümayiş etdirilir.
            Cənab prezidentimizin cəbhədəki vəziyyətlə bağlı operativ olaraq Təhlükəsizlik Şurasının iclasını keçirməsi bir daha onu göstərir ki, Azərbaycan tərəfi ölkə başçısının rəhbərliyi ilə torpaqlarının işğalı və hansı isə  xarici hərbi qüvvənin öz ərazisində mövcudluğu ilə barışmayacaq və tez bir zamanda düşməni ram edəcəkdir.

    İradə Cəfərova,

    Xocalı rayon sakini, şəhid ailəsi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib50 dəfə
    Qələbə zəfərini tez bir zamanda eşidəcəyik!

    Maraqlı gələ bilər
    41
    0